Bu gün BDU Elmi Şurasının növbəti iclasında Jurnalistika fakültəsi "İlin fakültəsi" nominasiyasına layiq görülüb.
Qeyd edək ki, 2013-cü ildə fakültə dekanı prof.Ş.Vəliyevin rəhbərliyi ilə jurnalistika tədrisinin dünya standartlarına uyğun təşkil olunub, peşə fənləri üzrə yeni proqramlar,dərsliklər və dərs vəsaitləri hazırlanıb.Fakültə əməkdaşları bir sıra elmi- praktik seminarlarda, beynəlxalq konfranslarda, elmi layihələrdə iştirak edib.