Jurnalistika fakültəsi Tədris Metodiki Şurasının hesabat xarakterli iclası keçirilib. Fakültə Tədris Metodiki Şurasının sədri prof. Cahangir Məmmədli iclas iştirakçılarını giriş sözü ilə salamlayaraq 2015-2016-ci ildə görülən işlərin hesabatını məruzə edib. Slayd-hesabatda Metodiki Şuranın illik fəaliyyəti, tədrisin təşkilində baş verən dəyişiklik və yeniliklərindən danışılıb. Hesabat-məruzədə həmçinin, müəllim və tələbələrin dərslə bağlı meyarların qiymətləndirmək üçün açıq dərslərin təşkili; müəllimlərin qiymətləndirilməsinə nəzarətin gücləndirirlməsi; elmi fəaliyyətin genişləndirilməsi; tələbələrin praktiki əlaqələrinin qrulmasına tam dəstək və istehsalat təcrübəsinin formalaşdırılması; Tədris Tele-radio studiyasında tələbələrin praktik biliklərinin artırılması istiqamətində fəaliyyətin gücəndirilməsi; "Jurnalist" tələbə qəzetinin istehsal prosesində tələbələrin iştirakının əhəmiyyəti; tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin aktivləşdirilməsi məsələləri qeyd olunub.
Jurnalistika fakültəsi elmi işlər üzrə dekan müavini dos.Sevinc Əliyeva, Beynəlxalq jurnalistika kafedrasının müdiri, prof.Həmid Vəliyev, Jurnalistikanın nəzəriyyəsi və təçrübəsi kafedrasının müəllimləri prof.Akif Rüstəmov və prof.Alxan Məmmədov, universitet Tədris Metodiki Şurasının sədri prof.Vasif Babazadə və sədr müavini prof.Vaqif Qasımovun çıxışında fakültədə mövcud elmi nəşrlərin təkmilləşdirilməsi, seminar-imtahan ballarında yaranan uyğunsuzluğun müəyyən edilməsi, proqramlarının, müdafiə dissertasiyaların plagiatlardan təmizlənməsi, mütamadi monitorinqlərin təşkili, tədrisdə yeni proqramların və dərsliklərin tətbiqi, qiyabi tələbələrin imtahan qiymətləndirmə metoduna yeni yanaşma, açıq dərslərdə müəllimlərin qiymətləndirilməsi meyarı və 100 ballıq qiymətləndirmə metodunun tətbiqi və s. fikirlər səsləndirilib.
İclasın sonunda Jurnalistika fakültəsi Tədris Metodiki Şurasının 2015-2016-cı il üzrə hesabatı qənaətbəxş hesab edilib.