Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsi Tədris-Metodiki Şurasının hesabat iclası keçirilib

12/10/2018

Jurnalistika fakültəsinin Tədris-Metodiki Şurasının 2017-2018-ci tədris ili üçün yarım illik hesabat iclası keçirilib. Jurnalistika fakültəsinin dekanı, fakültə Elmi Şurasının sədri, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev iclası açıq elan edərək  BDU Elmi-Metodiki Şuranın sədr müavini, dosent Vaqif Qasımova və digər qonaqlara Şuranın işində iştirak etdikləri üçün öz təşəkkürünü bildirib.
Daha sonra fakültə Tədris Metodiki Şurasının sədri, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli “Jurnalistika fakültəsi Tədris-Metodiki Şurasının 2017-2018-ci tədris ili üçün yarım illik hesabatı”nı təqdim edib. Hesabatda Metodiki Şuranın ötən yarım illik fəaliyyəti, dəyişiklik və yeniliklərindən danışılıb. İclasda dərsə davamiyyət, tədris prosesinin təşkilində keyfiyyət və səmərəlilik, dərs proqramlarının yenilənməsi və yeni proqramların tərtibi, dərslik, dərs vəsaiti və metodiki vəsaitlərin hazırlanması, imtahan yazı işlərinin qiymətləndirilməsi, açıq dərslərin keçirilməsi və s. məsələlər müzakirə edilib. Professor Cahangir Məmmədli əlavə edib ki, fakültə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə sıx əməkdaşlıq edir, bu il ilk dəfə olaraq dərs ili başlamadan öncə “İxtisasa giriş” fənni keçirilib, “525-ci qəzet”, “Şərq”  və “Ədalət” qəzetlərinin qəzet içində qəzet formatında “Jurnalist” qəzeti nəşr olunub, BDU-da sorğuların keçirilməsində fakültə əməkdaşlarının yaxından iştirakı təmin edilib.
BDU Elmi-Metodiki Şuranın sədr müavini, dosent Vaqif Qasımov hesabatla bağlı öz mesbət fikirlərini söyləyib. Çıxış edən Metodiki-Şura üzvləri də professor Cahangir Məmmədlinin hesbatını yüksək qiymətləndiriblər.
Sonda hesabat açıq səsvermə yolu ilə qənaəbəxş hesab olunub.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009