Jurnalistika fakültəsinin Tədris-Metodiki Şurasının illik hesabat iclası keçirilib. İclasa rəhbərlik edən fakültə Elmi Şurasının sədri, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev iclası açıq elan edərək BDU Elmi-Metodiki Şuranın sədr müavini, dosent Vaqif Qasımova, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslana və digər qonaqlara Şuranın işində iştirak etdikləri üçün öz təşəkkürünü bildirib.
Daha sonra fakültə Tədris Metodiki Şurasının sədri, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli TMŞ-nin tərkibi, əsas hüquq və vəzifələri barədə məlumat verdikdən sonra Jurnalistika fakültəsi Tədris-Metodiki Şurasının 2019-cu tədris ili üçün illik hesabatını təqdim edib. Metodiki Şuranın illik fəaliyyəti, dəyişiklik və yeniliklərindən danışan məruzəçi heabat nitqində Tədris-Metodiki Şurasının fakültə müəllimlərinin dərslərinin təşkili və keyfiyyətinin yoxlanılaraq qiymətləndirilməsi, dərsə davamiyyət, tədris prosesinin təşkilində keyfiyyət və səməmrəlilik, fakültədə keçirlimiş elmi tədbirlər, dərs proqramlarının yenilənməsi və yeni proqramların tərtibi, dərslik, dərs vəsaiti və metodiki vəsaitlərin hazırlanması, imtahan yazı işlərinin qiymətləndirilməsi, açıq dərslərin keçirilməsi, dərs jurnallarını yoxlanması kimi məsələlər barədə geniş məlumat verib. Professor Cahangir Məmmədli il ərzində TMŞ-nin gördüyü işlər barədə iclas iştirakçılarına bildirib ki, fakültədə dərs ili başlamadan öncə “İxtisasa giriş” fənni keçirilib, “525-ci qəzet”, “Şərq” və “Ədalət” qəzetlərinin qəzet içində qəzet formatında “Jurnalist” qəzeti nəşr olunub, BDU-da imtahan prosesində fakültə əməkdaşlarının koordinator kimi yaxından iştirakı təmin edilib. BDU-nun yüzilliyi ərəfəsində fakültədə və ümumiyyətlə, universitet miqyasında keçirilən tədbirlər yüksək qiymətləndirən professor C.Məmmədli cəbhə bölgəsindəki məktəblərdə fakültə müəllimlərinin master class dərslərinin keçirilməsi təklifini təqdirəlayiq hal kimi qiymətləndirib.
Hesabat iclasında çıxış edən professorlar Akif Rüstəmov, Alxan Məmmədov, elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva son bir ildə fakültədə professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri müsabət hal kimi dəyərləndiriblər.
Sonda Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunması, jurnalist kadrların hazırlanmasının vacib məsələlərdən olduğunu bildirən BDU Elmi-Metodiki Şuranın sədr müavini, dosent Vaqif Qasımov hesabatla bağlı öz fikirlərini söyləyib və hesabatı yüksək qiymətləndirib.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.
![]() |
|
![]() |
![]() |
![]() |
|
![]() |
![]() |