Universitetdaxili 50+50 qrantlar proqramı çərçivəsində təşkil olunmuş “Prezidentə ünvanlanmış ən yaxşı sual” layihəsini həyata keçirmək məqsədi ilə fakültəmizdə müsabiqə elan olunur.
Bu müsabiqəyə əsasən jurnalistika fakültəsinin tələbələri Azərbaycan Respublikasının Prezidentinə istənilən sahə ilə bağlı sual hazırlayıb dekanlıqda xüsusi olaraq yerləşdirilmiş qutuya ata bilərlər.
Müsabiqənin sonunda komissiya tərəfindən bəyənilən 3 sual Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinə göndəriləcək və müsabiqənin qalibləri mükafatlandırılacaq. Müsabiqənin son müddəti 2010-cu ilin mart ayının 10-dəkdir.