Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində 9 noyabr - Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib

07/11/2018

Bu gün BDU-nun Jurnalistika fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 9 noyabr – Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan fakültə Tələbə Gənclər Təşkilatının sədri Ruslan Yusifov bu əlamətdar günün əhəmiyyəti barədə danışaraq bayram münaibətilə tədbir iştirakçılarını təbrik edib.

Daha sonra tarix elmi üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin baş redaktoru, Mətbuat Şurası idarə heyətinin üzvü Akif Aşırlı çıxış edərək bildirib ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ona görə də özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız bizim milli qürurumuzdur.

Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli ölkəmizdə dövlət rəmzlərinə, o cümlədən bayrağa böyük hörmət və sevgi bəslənildiyini xüsusi qeyd edib.

Sonda fakültənin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirərək, Dövlət Bayrağı haqqında iştirakçılara geniş məlumat verib. Eyni zamanda fakültə dekanı Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd edib.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009