Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində "ARB 24 NewsLab" təlim proqramına start verilib

06/06/2022

Bakı Dövlət Universiteti ilə "ARB24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində "ARB 24 NewsLab" təlim proqramına start verilib.

BDU-nun Jurnalistika fakültəsinin müsahibə mərhələlərindən uğurla keçən 10 tələbəsi 3 ay müddətində praktik təlimlərə cəlb ediləcək. Təlim proqramı ərzində həftədə 3 məşğələnin keçirilməsi planlaşdırılır. Onlardan ikisi Jurnalistika fakültəsinin Tele-radio studiyasında, biri isə "ARB 24" telekanalında keçiriləcək.

Təlim proqramını uğurla başa vuran tələbələrin 50 faizi “ARB 24” telekanalında işlə təmin olunacaq.



Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009