Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərviçəsində “Blogger-V-blogger; Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədiklərimiz” adlı layihənin növbəti təlimi baş tutub.
Tədbiri giriş sözü ilə açan AGAT sədri Lalə Mehdiyeva layihənin əsas məqsədinin sosial şəbəkələrdə milli-mənəvi dəyərlərimizi, o cümlədən tariximizi, ədəbiyyatımızı təşviq edən blogger və v-bloggerlərin hazırlanması olduğunu bildirib.
Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev “Müasir jurnalistikada bloggerlik fəaliyyəti” adlı məruzə ilə çıxış edib. Dekan bloggerliyin yaranma tarixi, bloggerlərin cəmiyyətdə baş verən ictimai hadisələrə daha operativ reaksiya verə bilmə imkanları, blog jurnalistika, Azərbaycanda bloggerliyin inkişaf mərhələlərindən bəhs edib. Dosent Vüqar Əliyev eyni zamanda təlim iştirakçılarını sosial medianın imkanlarından daha aktiv istifadə etməyə və Qarabağ həqiqətlərinin yayılmasında fəal olmağa səsləyib.
Təlimin sonunda iştirakçıların mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.
![]() |
![]() |
![]() |
![]() |