Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin sonuncu müdafiəsi keçirilib. Müdafiə şurasının sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının iştirak etdiyi müdafiədə giriş sözü ilə çıxış edən Jurnalistika fakültəsinin dekan əvəzi, dosent Vüqar Əliyev diplomçulara uğurlar arzulayıb.
Daha sonra Qoşqar Bəylərov “Azərbaycanın ilk radio diktorları və müasir radio aparıcıları (bir neçə şəxsin nümunəsində)”, Ulucay Məmmədov “Вопросы литературы на страницах современных газет Азербайджана”, Güntac Şahməmmədli “Qardaş köməyi” məcmuəsinin ideya və sənətkarlıq xüsusiyyətləri, Aytən Kərimova “Özəl televiziya kanallarında nitq və üslub xüsusiyyətləri (müqayisəli təhlil)” mövzularında yazdıqları buraxılış işlərini müdafiə ediblər. Tələbələr diplom işləri ilə bağlı sualları cavablandırdıqdan sonra opponent rəyləri dinlənilib.
Tədris işləri üzrə dekan müavini, dosent Könül Niftəliyeva növbəti tədris illərində buraxılış işlərinin müdafiəsinə tanınmış KİV nümayəndələrinin, o cümlədən sayt rəhbərlərinin dəvət olunası təklifini irəli sürüb. O, bunun tələbələrin iş imkanlarının genişlənməsi baxımından faydalı olacağını vurğulayıb.
Müdafiə şurasının sədri Akif Aşırlı təqdim edilən işlər haqqında müsbət fikirlər səsləndirib, tələbələrə yaradıcılıq uğurları arzu edib.
Qeyd edək ki, müdafiədə fakültə müəllimləri, o cümlədən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Tədris işləri üzrə dekan müavini, dosent Könül Niftəliyeva, Sosial məsələlər üzrə dekan müavini, s.e.ü.f.d. Aytəkin Zeynalova, Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli, Mətbuat tarixi kafedrasının müdiri, professor Şamil Vəliyev, Beynəlxalq Jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, professor Nəsir Əhmədli, professor Qulu Məhərrəmli, buraxılış işləri üzrə elmi katib Günay Məmmədova və tələbələr də iştirak ediblər.
![]() |
![]() |
![]() |
![]() |