Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində “Böyük Britaniyanın qabaqcıl KİV-də II Qarabağ müharibəsi” mövzusunda elmi seminar keçirilib

29/10/2021

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında elmi seminar keçirilib. Seminarı giriş sözü ilə elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva açaraq doktorant Fidan Talıblı haqqında məlumat verib.

Doktorant “Böyük Britaniyanın qabaqcıl  KİV-də II Qarabağ müharibəsi” adlı təqdimatla çıxış edərək bildirib ki, “Qarabağ” mövzusu dünya kütləvi informasiya vasitələrində önəmli yerlərdən birini tutur və araşdırma mövzusu kimi də aktualdır. Böyük Britaniya mediası II Qarabağ müharibəsinin işıqlandırılmasında kifayət qədər aktiv olub. Seminar mövzusunun da məhz bu mövzuya həsr olunması təsadüfi deyil. F.Talıblı “BBC”, “Independent”, “Тhe Guardian” kimi qabaqcıl media quruluşlarından da nümunələr təqdim edib. O, gətirdiyi nümunələrdə bir çox hallarda Qarabağ mövzusuna qərəzli münasibətin olduğunu, peşə etikası prinsiplərinin pozulduğunu xüsusilə vurğulayıb, həmçinin ölkə Prezidentinin 2020-ci il noyabrın 6-da “BBC News”a verdiyi müsahibəni xatırladaraq, jurnalistin müsahibə zamanı dəfələrlə açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirdiyini və hətta bəzi hallarda dəfələrlə Azərbaycan dövlətini ittiham etməyə cəhd göstərdiyini seminar iştrakçılarının diqqətinə çatdırıb.
Disskusiya şəraitində keçən elmi seminarda “Beynəlxalq jurnalistika və informasiya siyasəti” kafedrasının müdiri Həmid Vəliyev, dosentlər Pərvanə İbrahimova, Təranə Mahmudova, Aytəkin Zeynalova Fidan Talıblının hazırlığını və tədqimatını yüksək qiymətləndirərək, gələcək işlərində uğurlar arzulayıblar.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009