BDU-nun Jurnalistika fakültəsi Elmi Şurasının 2019-2020-ci tədris ili üçün ilk iclası keçirilib. Jurnalistika fakültəsinin dekanı, fakültə Elmi Şurasının sədri, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev iclası açıq elan edərək Elmi Şura üzvlərinə və qonaqlara Şuranın işində iştirak etdikləri üçün öz təşəkkürünü bildirib.
Elmi Şuranın gündəliyinə 2019-2020-ci tədris ilinə hazırlıq barədə dekan müavinlərinin hesabatı, dərs yüklərinin bölgüsü, yay məktəbinin yekunları barədə məlumat, professor Şirməmməd Hüseynovun 95 illik yubileyi ilə bağlı tədbirlər planının müzakirəsi daxil edilib.
Daha sonra tədris işləri üzrə dekan müavini, dosent Könül Niftəliyeva, elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva, fakültə Tədris Metodiki Şurasının sədri, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, professor Qulu Məhərrəmli, Mətbuat tarixi kafedrasının nümayəndəsi olaraq dosent Aygün Əzimova və professor-müəllim heyətinin gündəlikdəki məsələlərin müzkirəsi ilə Elmi Şura işini davam etdirib.
Elmi Şura cari məsələlərin müzkirəsi ilə başa çatıb.
![]() |
![]() |
![]() |