Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

10/07/2019

BDU-nun Jurnalistika fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. Jurnalistika fakültəsinin dekanı, fakültə Elmi Şurasının sədri, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev iclası açıq elan edərək Elmi Şura üzvlərinə və  qonaqlara Şuranın işində iştirak etdikləri üçün öz təşəkkürünü bildirib.

Elmi Şuranın gündəliyinə 2018-2019-cu tədris ilinin Yekun Dövlət və yaz imtahan sessiyasının nəticələri, dərs yükünün bölgüsü haqqında dekan müavinlərinin məlumatı, Jurnalistika fakültəsi doktorantlarının birillik hesabatlarının dinlənilməsi və təsdiqi məsəslələrinin müzkirəsi daxil edilib.

Daha sonra tədris işləri üzrə dekan müavini, dosent Könül Niftəliyeva, elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva, fakültə Tədris Metodiki Şurasının sədri, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, professor Qulu Məhərrəmli, Mətbuat tarixi kafedrasının nümayəndəsi olaraq dosent Aygün Əzimova və professor-müəllim heyətinin gündəlikdəki məsələlərin müzkirəsi ilə Elmi Şura işini davam etdirib.

Elmi Şura cari məsələlərin müzkirəsi ilə başa çatıb.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009