Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

10/12/2019

10 dekabr 2019-cu il tarixində Jurnalistika fakültəsi Elmi Şurasının cari il üçün son iclası keçirilib. Jurnalistika fakültəsinin dekanı, fakültə Elmi Şurasının sədri, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev iclası açıq elan edərək Universitet Metodiki Şurasının üzvü, Azərbaycan tarixi kafedrasının müdiri Mehman Abdullayevə, Sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmova, Elmi Şura üzvlərinə və qonaqlara Şuranın işində iştirak etdikləri üçün öz təşəkkürünü bildirib. Elmi Şuranın gündəliyinə Jurnalistika fakültəsi kafedralarının 2019-cu il hesabatlarının yekunları haqqında, 2019-2020-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına hazırlıq barədə dekan müavinlərinin məlumatı, dövlət imtahanı üçün təqdim olunan sualların müzakirəsi, Jurnalistika ETL-in 2020-2022-ci il üçün elmi iş planının təsdiqi, 2019-2020-ci tədris ili üçün təqdim olunan buraxılış işi və magistr dissertasiya mövzularının təsdiqi kimi məsələlərinin müzkirəsi daxil edilib.

Gündəlikdə duran ilk məsəslə ilə bağlı Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva cari ildə fakültənin professor-müəllim heyətinin nəşr edilimiş yeni dərslikləri, dərs vəsaitləri, tədris proqramları, metodik göstəriciləri, xaricdə və respublikada keçirilən konfranslarda iştirakları, çap etdirdikləri elmi və publisistik məqalələri, BDU-nun 100 illik yubileyi ilə bağlı təltif edilmiş fakültə əməkdaşları barədə hesabat çıxışı edib.

Daha sonra tədris işləri üzrə dekan müavini Könül Niftəliyeva, elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, fakültə Tədris Metodiki Şurasının sədri, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev və professor-müəllim heyətinin gündəlikdəki məsələlərin müzkirəsi ilə Elmi Şura işini davam etdirib.

Elmi Şura cari məsələlərin müzkirəsi ilə başa çatıb.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009