Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində dəyirmi masa keçirilib

19/11/2021

Bu gün BDU-nun Jurnalistika fakültəsində "Şəhid mövzusu mediada" adlı dəyirma masa keçirilib. Fakültə əməkdaşları və magistrantlarının iştirak etdiyi tədbir şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Dəyirmi masanı giriş sözü ilə açan moderator, dosent Sevinc Əliyeva I və II Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizi xatırlayıb, onların qəhrəmanlıqlarından danışıb.

Sonra Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli şəhidlərin qəhrəmanlıqlarının mediada işıqlandırılmasından bəhs edib. C.Məmmədli müharibə və post-müharibə dövründə şəhid mövzusunun kütləvi informasiya vasitələrinin prioritet mövzusu olduğunu diqqətə çatdırıb. Professor, həmçinin fakültədə bu istiqamətdə görülən işlər, gələcək planlar haqqında məlumat verib.

Sonda tədbir iştirakçıları mövzu barədə fikirlərini bölüşüblər.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009