Jurnalistika fakültəsində Tədris-Metodiki Şurasının və "Jurnalistika" elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə elmi seminar keçirilib. Fakültə Tədris Metodiki Şurasının sədri prof. Cahangir Məmmədli "Tədris olunan fənlərin keyfiyyətinin yüksəldilməsi yolları" mövzusunda məruzə ilə çıxış edib. Seminarda digər çıxış edənlər- prof. Şirməmməd Hüseynov, prof. Həmid Vəliyev, dos. Akif Rüstəmov, dos. Sevinc Əlıiyeva, dos. Vüqar Əliyev tədrisin təşkilində mövcud olan problemlərə toxunub, onların aradan qaldırılması metodlarından danışıb. Vurğulanıb ki, tədris prosesində interaktiv ünsiyyətə üstünlük verilməli, praktik dərslərin sayı artırılmalı, tələbələrin istehsalat təcrübələri I kursdan başlamalıdır. Həmçinin gənc kadrların tədrisə cəlb olunması, müəllimlərin xarici ölkələrə pedaqoji-praktik ezamiyyətə göndərəilməsi, çap olunan tədris-metodiki vəsaitlərin, elmi-nəzəri ədəbiyyatların keyfiyyətinin yüksəldilməsi və s. istiqamətdə fikir mübadiləsi aparılıb.
Seminarda fakültə əməkdaşları ilə yanaşı, BDU Tədris-Metodiki Şurasının üzvləri, digər fakültələrin müəllimləri də iştirak edib.