Bu gün Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində Elmi Şuranın iclası keçirilib. İclası giriş sözü ilə açan fakültə dekanı, dosent Vüqar Zifəroğlu gündəlikdə duran məsələləri Elmi Şura üzvlərinin diqqətinə çatdırıb, 2018-2019-cu tədris ili üçün dərs yükünün bölünməsi barədə iştirakçılara məlumat verib.
Sonra tədris işləri üzrə dekan müavini, dosent Könül Niftəliyeva və elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva 2017-2018-ci tədris ilinin yaz semestrinin yekunları, yay imtahan sessiyasına hazırlıq barədə Şura iştirakçılarına məlumat veriblər.
2018-ci ildə Jurnalistika fakültəsinə qəbul olunan doktorant və dissertantantların elmi rəhbərlərinin və mövzularının təsdiqi, dosent vəzifəsinə BDU-nun Böyük Elmi Şurasına təqdim olunan namizədlərin müzakirəsi ilə fakültə Elmi Şurası işini davam etdirib.
Elmi Şura cari məsələlərin müzakirəsi ilə başa çatıb.