Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Elmi Şuranın iclası keçirilib.
Fakültənin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev gündəlikdə olan məsələlərlə bağlı Şura iştirakçılarını məlumatlandırıb.
Əvvəlcə fakültənin tədris işləri üzrə dekan müavini Esmira Rövşənovanın bakalavr pilləsində 2022-2023-cü tədris ilinin imtahan sessiyasının nəticələri, semestr boyu keyfiyyət və müvəffəqiyyət göstəriciləri ilə bağlı hesabatı dinlənilib.
Sonra magistratura pilləsində keçirilən imtahan sessiyasının nəticələri, yaz semestrinə hazırlıq ilə bağlı elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva məlumat verib.
Kafedra müdirləri- professorlar Cahangir Məmmədli, Qulu Məhərrəmli, dosentlər Xatirə Hüseynova, Aynur Nəsirova ümumi məsələlər ilə bağlı münasibət bildirərək, sessiyanın uğurlu şəkildə yekunlaşmasına görə hər kəsə təşəkkürlərini bildiriblər.
Daha sonra elmlər doktoru və fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantların 1 illik hesabatları dinlənilib.
İclasda elmi katib vəzifəsinə namizəd irəli sürülüb və səs çoxluğu ilə prof.Akif Rüstəmov elmi katib seçilib.
Elmi Şura cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.