Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Əhməd bəy Ağaoğlu ilə bağlı açıq dərs keçirilib

23/04/2019

BDU-nun Jurnalistika fakültəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan açıq dərs keçirilib. Dərsi giriş sözü ilə açan fakültə Metodiki Şurasının sədri, professor Cahangir Məmmədli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il aprelin 10-da “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması böyük ədibə ehtiramın ifadəsidir. Görkəmli ictimai xadim və yazıçı, publisist Əhməd bəy Ağaoğlu Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalılarımızdan olub.

Daha sonra fənn müəllimi, Mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu açıq dərsin keçirilməsində məqsədin ilk növbədə dahi sənətkarın XX əsrdə gördüyü böyük işləri ictimaiyyətə çatdırmaq olduğunu vurğulayıb. Türkçülük ideologiyasının banilərindən biri, müsəlman Şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışıb: “Azərbaycanın siyasi, ictimai tarixində, ədəbi sahədə böyük xidmətləri olan Əhməd bəy Ağaoğlu "Kaspi” qəzetinin baş redaktoru olub, həmçinin Ə.Hüseynzadə ilə “Həyat” qəzetinə də redaktoruluq edib, “Difai” təşkilatını qurub, “İrşad” qəzetini yaradıb və qəzetin redaktoru olub. Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır. Çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratmış, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərmişdir. Əhməd bəy əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadilsənin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi.1901-ci ildı çapdan çıxan “İslam dünyasında qadın” adlı kitabında “azad qadınsız milli inkişaf ola bilməz” fikrini sübuta yetirir”.

Açıq dərsdə fakültənin pofessor-müəllim heyəti və tələbələri ilə yanaşı, BDU-nun Tədris Metodiki şurasının sədri, Geologiya fakültəsi "Faydalı qazıntılar” kafedrasının müdiri, akademik Vasif Babazadə, Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri, dosent Vaqif Qasımzadə, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan, Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev, Televiziya və radio jurnalistikası kafedrasını müdiri, professor Allahverdi Məmmədli də iştirak edib.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009