Dekabrın 18-də Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində Televiziya və radio jurnalistikası kafedrasında ikinci kurs, ingilis bölməsinin “Radio jurnalistikası” (“Radio journalism”) dərsində kurs işlərinin təqdimatı keçirilib. Fakültənin professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə tələbələr ingilis dilində “Radio xəbər bloku” adı altında fərdi təqimatlarla çıxış ediblər. Nəzəri və praktik biliklərini nümayiş etdirən tələbələr ingilis dilində xəbər bloklarını səsləndiriblər.
Təqdimatda iştirak edən Televiziya və radio jurnalistikası kafesrasının müdiri, professor Allahverdi Məmmədli, professor Qulu Məhərrəmli, dekan müavini Könül Niftəliyeva mövzu ilə əlaqədar öz fikirlərini bildirib və tələbələrə tövsiyələrini veriblər.