Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində “İlin ən yaxşı”ları seçilib

25/12/2017

Bu gün Jurnalistika fakültəsində 2017-ci tədris ilində göstərdikləri fəaliyyətə əsasən ilin ən yaxşı müəllimləri və tələbələrinin mükafatlandırma mərasimi keçirilib. Jurnalistika fakültəsinin dekanı dosent Vüqar Əliyev dekan müavini, dosent Aytəkin Zeynalova və fakültənin ikinci kurs tələbəsi, BDU THT İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Ümid Orucovun təşəbbüsü ilə baş tutan tədbiri yüksək dəyərləndirib və təşkilatçılara minnətdarlığını bildirib.

Daha sonra müəllimlərin və tələbələrin mükafatlandırılması mərasimi keçirilib. Belə ki, “İlin ən sevimli müəllimi” adına dosent Aytəkin Zeynalova, “İlin ən humanist müəllimi” adına professor Cahangir Məmmədli, “İlin ən kreativ müəllimi” adına dosent Aynur Nəsirova və “İlin ən yaxşı müəllimi” adına dosent Vüqar Əliyev layiq görülüb. Tələbələrdən -  “İlin ən sevimli tələbəsi” Gülgün İsmayılova, “İlin ən savadlı tələbəsi” Nurlan Ağa, “İlin ən fəal tələbəsi” Ümid Orucov və “İlin ən yaxşı tələbəsi” Loğman Kamranlı seçilib.

Jurnalistika fakültəsinin ikinci kurs tələbələri - Novruz Harun və Türkan Məmmədovanın aparıcılıq etdiyi tədbir bədii hissə ilə davam etdirilib.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009