BDU-nun Jurnalistika fakültəsində Barama Media mərkəzinin və Sosial elmlər və psixologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin “Sosial iş” Klubu ilə birgə təşkil etdiyi “Müştəri psixologiyası” adlı təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan dekan, dosent Vüqar Əliyev qonaqları fakültədə görməkdən məmnunluğunu ifadə edib, təlimin keçirilməsinin məqsədləri barədə qısa məlumat verib.
Sosial elmlər və psixologiya fakültəsinin SABAH qrupu ikinci kurs tələbələri David Poladov və Elçin Əsgərov “Neyromarketinq: psixologiya və rəqəmsal marketinq əsasında satış məharəti” adlı təqdimatla çıxış edərək, müştəri psixologiyası, koqnitiv dissonans nəzəriyyəsi kimi məsələlərdən bəhs ediblər.
Sonda tələbələrlə fikir mübadiləsi aparılıb, onların çoxsaylı sualları cavablandırılıb.