Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində Novruz bayramına həsr olunmuş tədbir keçirilib

18/03/2019

Bu gün BDU-nun Jurnalistika fakültəsində fakültənin Tələbə Həmkarlar təşkilatının təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan fakültə dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu Novruzun ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən danışaraq bildirib ki, əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd etmiş, milli adət-ənənələri öz qəlbində yaşatmışdır. Dekan eyni zamanda dünyada sülh və birgə yaşayışın təmin edilməsi məqsədilə tədbir iştirakçılarını Novruzun aşıladığı milli dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağırıb.

Milli adət-ənənələrimizin əhəmiyyətini diqqətə çatdıran BDU THİK-in sədri Daşqın Qənbərov Novruzun xalqımızın əsrlərdən bəri qeyd etdiyi sevimli bayramlardan olduğunu bildirərək, bayram münasibəti ilə müəllim və tələbə heyətini təbrik edib, onlara xoş günlər arzulayıb.  Novruz bayramının mənşəyinin qədim olduğu, Novruzu qeyd edən hər bir xalqın bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratdığı qeyd olunub.

Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi milli bayramımız olan Novruz bayramının milli kimliyimizin formalaşmasında rolunu qeyd edərək, gəlişi ilə təbiəti canlandıran bayramın baharın müjdəçisi olduğunu vurğulayıb.

Fakültə THİK-in sədri Həbibə Xudakişiyeva tədbirin keçirilmə səbəbindən söz açıb, tədbiri təşkil etdiyi üçün universitet rəhbərliyinə öz təşəkkürünü bildirib. Tədbir fakültə tələbələrinin hazırladıqları slayd təqdimatının nümayişi ilə davam edib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009