Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində növbəti açıq dərs keçirilib

04/12/2019

Jurnalistika fakültəsində “Azərbaycan jurnalistika tarixi” fənni çərçivəsində açıq dərs keçirilib. tələbələrin dərsə hazırlıq mərhələsi barədə geniş məlumat verən fənn müəllimi Mətbuat tarixi kafedrasının dosenti, Əməkdar jurnalist Qərənfil Quliyeva açıq dərsin keçirilməsində məqsədin ilk növbədə Azərbaycan mətbuat tarixinə marağın artırılması, tələbələrdə özünüifadə vərdişlərinin formalaşmasına dəstək olmaqdan ibarət olduğunu vurğulayıb.

İlk olaraq fakültənin üçüncü kurs tələbəsi Ürfət Mirzəyev “Repressiya illərinin jurnalistikası” mövzusunda təqdimatla çıxış edərək 1920-ci illərin sonundan 1950-ci illərin əvvəlinə qədər Azərbaycan SSR-də həyata keçirilən repressiyalar, ölkədəki ictimai-siyasi vəziyyət,  o dövrdəki Azərbaycan mətbuatının mövzu dairəsi, fəaliyyət göstərən jurnalist-publisistlər, savadlanma prosessinin məqsədləri kimi məqamlara toxunub. Mövzunu davam etdirən tələbə Gülayə Məcidova əlifa islatatından danışıb: “XX əsrin 20-ci illərinin sonuna kimi Azərbaycan dilinin yazısı ərəb qrafikasına əsaslanmış, yalnız 1929-cu ildə latın qrafikalı əlifbaya keçilmişdir. Ərəb əlifbasının islah olunması sahəsində ilk təşəbbüs XIX əsrin 60-cı illərində M.F.Axundzadə tərəfindən irəli sürülmüş və sonradan bu ideya bir çox Azərbaycan ziyalıları tərəfindən dəstəklənmişdir. Lakin əlifba islahatı sahəsində ilk praktiki addımlar 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra atılmışdır”. Mövzunun son mərhələsi olaraq Günəş Mərdiyeva repressiya dövrünün görkəmli şəxsiyyətləri - pedaqoq Tağı Şahbazi, dahi mütəfəkkir Hüseyn Cavid, ədəbiyyatşünas, mətnşünas və biblioqraf Salman Mümtaz, şair Əhməd Cavad kimi ziyalıların həyat və fəaliyyəti barədə təqdimatla çıxış edib.

Tələbələrin repressiya qurbanları barədə hazırladığı videoçarx nümayişindən sonra dərsdə iştirak edən Mətbuat tarixi kafedrasının dosentləri Aygün Əzimova, Sima Rəhimova, elmi işçilər Samir Mirzəyev, Nigar Ağayeva, Güney Fridunbəyli, Günay Məmmədova çıxış edərək təqimatla bağlı müsbət fikirlər səsləndirib, tələbələrə yaradıcılıq uğurları arzulayıblar.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009