08 aprel 2021-ci il tarixdə Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının əyani doktorantı Qurbanlı Aygünün “Azərbaycanda internet medianın fəaliyyəti” mövzusunda onlayn elmi seminarı keçirildi. Seminarı giriş sözü ilə elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva acaraq tədbir iştirakçılarını salamladı. Doktorant haqqında qısa məlumat verdikdən sonra sözü iddiaçıya verdi.
İddiaçı Aygün Qurbanlı çıxış edərək Azərbaycan internet mühitində onlayn media sisteminin inkişafı və formalaşmasından bəhs etdi. Doktorant Azərbaycanda internet medianın yaranmasının ötən əsrin 90-cı illərinin ortalarına təsadüf etdiyini, öncə qəzetlərin onlayn versiyaları, sonra isə sırf internet media kimi yaradılan resurslarının da sayının sürətlə çoxaldığını elmi seminar iştirakçılarının diqqətinə çatdırdı. Hazırda ölkədə bir-birindən fərqli dizaynda olan xəbər saytları, informasiya agentlikləri, elektron qəzetlər, internet tv və radionun formalaşması, fəaliyyətdə olan saytların təməl prinsipləri və növləri haqqında geniş məlumat verdi. Çıxışını bitirdikdən sonra Aygün Qurbanlı seminar iştirakçılarının şoxsaylı suallarını cavablandırdı. Daha sonra S. Əliyeva sözü doktorantın elmi rəhbəri, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Allahverdi Məmmədliyə verdi. A.Məmmədli doktorant və dissertasiya mövzusu barədə qısa məlumat verdi və seminar iştirakçılarına öz təşəkkürünü bildirdi.
Seminarda iştirak edən Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri professor Cahangir Məmmədli, dosent Zaur Babayev, filologiya üzrə fəlsəfə doktoru Gülnarə Sadıxova, müəllimlərdən,Mirakif Babayev sonda çıxış edərək müsbət rəylərini bildirdilər və doktoranta gələcək işlərində uğurlar arzuladılar.
![]() |
![]() |