Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində professor Akif Rüstəmovun 80 illik yubileyi qeyd olunub

19/12/2019

BDU-nun Jurnalistika fakültəsində Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru Akif Rüstəmovun 80 illik yubileyi qeyd olunub. Tədbiri giriş sözü ilə açan fənn müəllimi Güney Fridunbəyova qeyd edib ki, Akif Rüstəmov insani keyfiyyətlərə və dəyərlərə malik, xalqının tarixini, dilini, mənəvi dünyasını bilən və sevən, özünəqədərki jurnalistika və mətbuat tarixindən xəbərdar olan, əqidəsinə, doğru bildiyi yoluna sadiq qalan vətəndaş, müəllimdir.

Daha sonra “Radiojurnalistikanın əsasları” fənni çərçivəsində fakültənin ikinci kurs tələbələri yubilyar üçün hazırladıqları radiopaketi təqdim ediblər.

Təqdimatdan sonra professor Allahverdi Məmmədli çıxışında qeyd edib ki, A.Rüstəmov ömrünü Azərbaycan jurnalistikasının inkişafına həsr etmiş qələm sahibidir: “Mətbuatda imzası ilə möhür vuran Akif müəllim jurnalist fəaliyyəti ərzində məşğul olduğu peşənin qayda və tələblərinə sadiq olub, sənətinin öhdəsindən ustalıqla gəlib”.

Televiziya və radio jurnalistikası kafedrasının müəllimi Əli Hacıyev bildirib ki, A.Rüstəmov BDU-nun Jurnalistika fakültəsini bitirdikdən sonra ömürlük həyatını respublikanın bu nüfuzlu ali təhsil məktəbi ilə bağlayıb. Əmək fəaliyyətinə adi laborantdan başlamış, daha sonra müəllim, baş müəllim, dosent, dekan müavini, dekan vəzifəsinə qədər yüksələ bilmişdir.

Tədbirdə iştirak edən tədris işləri üzrə dekan müavini Könül Niftəliyeva, “Jurnalistika” ETL-in müdiri Aytəkin Zeynalova, elmi işçi Samir Mirzəyev səbəbkarla bağlı xoş xatirələrini bölüşüblər, bundan sonrakı peşə fəaliyyətində uğurlar arzulayıblar.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009