Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində qazi məzunlarla növbəti görüş keçirilib

01/11/2021

Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsində məzun olan qazi və Vətən müharibəsi iştirakçıları ilə görüşlər davam edir. Fakültənin bugün keçirdiyi görüşün qonaqları-Vətən müharibəsi iştirakçıları  ehtiyyatda olan baş leytenant, jurnalist  Pərviz Aslanov və fakültənin 2020-ci il məzunu olan Tağı Həsənov olub.


Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı, filologiya elmlər doktoru Vüqar Əliyev qonaqları görüş  iştirakçılarına təqdim edərək, onlar haqqında geniş məlumat verib. Bildirib ki, 44 günlük Vətən müharibəsinin aktiv iştirakçıları olan məzunlarımız  torpaqlarımızın azad olunmasında böyük şücaət göstərib.

Daha sonra söz Vətən müharibəsi iştirakçlarına verilib. Çıxış edən Pərviz Aslanov müharibə dönəmində keçdiyi döyüş yolundan, xüsusilə Şuşa döyüşlərində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən qazanılan zəfəri, eyni zamanda medianın fəaliyyətini, informasiya müharibəsində də əldə edilən uğurları diqqətə çatdırıb.
44 günlük Vətən müharibəsinin digər iştirakçısı Tağı Həsənov Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdən bəhs edib. Cəbrayılda şahidi olduğu qürurverici məqamları,  Zəngilan rayonunun Vejnəli kəndində  döyüş yoldaşları ilə birgə düşmən tərəfindən pusquya düşdüyü anları tədbir iştirakçıları ilə bölüşüb.


Qeyd edək ki, Pərviz Aslanov “Füzuli, Qubadlı, Şuşanın azad olunması” medalları, Tağı Həsənov isə “Füzuli, Cəbrayılın azad olunması” və “İgidliyə görə” medalları ilə təltif olunublar.

Tədbirin sonunda Jurnalistika fakültəsinin kafedra müdirləri, professorlar Cahangir Məmmədli, Həmid Vəliyev, fakültənin dekan müavini Sevinc Əliyeva Vətən müharibəsinda iştirak edən cəsur qəhrəmanlarımıza dərin təşəkkürlərini bildirərək, onlara  suallarını ünvanlayıblar.

Diskussiya formasında davam edən tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009