Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbə jurnalistlərin peşəkar kadr kimi hazırlanmasını, fərdi inkişaflarını təmin etmək məqsədilə dərs saatlarından kənar qrafik-dizayn təlimlərinə start verilib. “Füyuzat” Media Mərkəzində təşkil edilən dizayn təlimlərinə müraciət edən Jurnalistika fakültəsi tələbələrinin müsahibə turu keçirildikdən sonra təlimlərdə iştirak edəcək 14 tələbənin adları açıqlanıb.
Kastinq mərhələsində çıxış edən Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu, “Füyuzat” jurnalının məsul katibi Mübariz Yuniszadə, MİMTA fondunun əməkdaşı Əsəd Aslanoğlu, “Füyuzat” Media Mərkəzinin koordinatoru Afaq Sadıqova təlimin işində uğurlar arzulayıb, tələbələri fəal olmağa səsləyiblər.
Qeyd edək ki, təlim çoxillik iş tәcrübәsi olan peşәkar mütәxәssis Murad Əzizov tәrәfindәn, asan vә yaddaqalan metodla keçiləcək. Fakültənin yuxarı kurs tələbələri üçün nəzərdə tutulan dərslərin ilk 3 aylıq mərhələsində Adobe Photoshop, Adobe İllustrator, Adobe İnDesign proqramlarının tədris olunacaq. Təlimlər “Fyüzat” Media Mərkəzi tərəfindən ödənişsiz həyata keçiriləcək.
Təlimlərdə gənc-jurnalistləri maraqlı və praktik məşğələlər gözləyir.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |