Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində ustad dərsi keçirilib

11/10/2021

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində  “XIX əsrdə Türk mətbuatı” mövzusunda ustad dərsi keçirilib.
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, professor Həmid Vəliyev   qardaş Türkiyə Cumhuriyyətinin hər zaman Azərbaycanın yanında olduğunu, 44 günlük şanlı zəfərimizdə Türkiyə mətbuatının böyük rol oynadığını tələbələrin diqqətinə çatdırıb. Daha sonra Türkiyədə  mətbuatın yaranması və inkişafı tarixi ilə bağlı geniş məlumat verib. Türkiyədə ilk qəzetlərin  xarici dildə yarandığını vurğulayaraq, türk dilində ilk mətbuat orqanı olan “Təkvimi-Vəkayi” ilə bağlı əsas məqamları qeyd edib. Eyni zamanda Türkiyədə çap işinin meydana çıxması, türk mühacir mətbuatı, azad türk mətbuatının əsasının qoyulması haqqında tələbələri bilgiləndirib.
Ustad dərsi maraqlı müzakirələrlə yekunlaşıb.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009