Bu gün yazıçı-publisist, “Azər-Türk Bank” ASC-nin mətbuat katibi Rauf Ağayevin Jurnalistika fakültəsinin tələbələri ilə görüşü keçirilib. Tədbirin moderatoru Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli R.Ağayevin jurnalistlik fəaliyyətindən, təhsil aldığı illərdən, onların xüsusi fəallığı ilə seçilən qrupundan danışıb.
Daha sonra Rauf Ağayev ictimai rəyin formalaşmasında, ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində kütləvi informasiya vasitələrinin (KİV) roluna diqqət çəkərək medianın bugünkü durumunu, tarix və müasirlik prizmasından jurnalistlərin mövqeyini və vəzifələrini dəyərləndirib və bu kimi tədbirləri təşkil etdiyi üçün fakültə rəhbərliyinə öz təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, professor Nəsir Əhmədli, dosent Mahmud Mahmudov, Rauf Ağayevin tələbə yoldaşları – Cümşüd İsgəndər, Züleyxa Nadir, Əntiqə Qonaq, Lalə Mustafayeva qonağın həyat yolundan, fəaliyyətindən və Azərbaycan jurnalistikasında tutduğu mövqedən bəhs ediblər.
Daha sonra çıxış edən Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev belə görüşlərin təşkilinin əhəmiyyətindən danışaraq qonaqlara öz təşəkkürünü bildirib.
![]() |
![]() |
![]() |
![]() |