Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində yeni xəbər portalının təqdimat mərasimi oldu

22/02/2012

Bu gün Jurnalistika fakültəsində “Yeni medianın  tədrisinin təkmilləşdirilməsi ” layihəsi çərçivəsində tədbir keçirilib.Tədbirdə ölkədə jurnalistika təhsili verən ali təhsil müəssisələrinin jurnalistika fakültələrinin nümayəndələri və yeni media mütəxəssisləri iştirak edib.

Toplantıda Jurnalistika fakültəsi  üçün nəzərdə tutulan Onlayn Laboratoriyanın -Xəbər portalının təqdimatı keçirilib.

Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz çıxış edərək bildirib ki,  onlayn resursun modulu  jurnalistika fakültəsi olan hər bir  universitetə təqdim ediləcək. Resursu idarə edəcək müəllimlər və tələbələr  üçün təlim keçiriləcək.  Geniş imkanlara malik bu xəbər portalının vahid modulunun hazırlanmasında məqsəd jurnalistika  ixtisası alan tələbələrin təcrübə keçmələrinə və praktiki biliklərinin artırılmasına kömək göstərməkdir.

Tədbirdə həmçinin Universitetlərdə yeni medianın tədrisinin təkmilləşdirilməsi məqsədilə Multimedia Mərkəzinin hazırlamaqda olduğu  yeni tədris modullarının (proqramlarının) layihələri  və bu istiqamətdə aparılan işlər haqqında məlumat təqdim olunub. Qeyd olunub ki,  Yeni medianın tədris modelinin  yekun variantının aprel ayında keçirilməsi nəzərdə tutulan Konfrans təşkil olunacaq.

Multimedia Mərkəzi bildirir ki, beynəlxalq standartlara uyğun olaraq hazırlanacaq tədris modeli Jurnalistika ixtisası üzrə təhsil müəssisələrini başa vuranların yeni media texnologiyaları sahəsində sərbəst fəaliyyətə başlaya bilməsi, yeni və daha yaxşı iş yerləri əldə edə bilməsi üçün şərait yaradacaq. Layihənin həyata keçirilməsi ilə ölkədə  yeni media mütəxəssislərindən ibarət peşəkarlar təbəqəsinin formalaşması  prosesi sürətlənəcək.

Layihə ABŞ - Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009