Hüquq və İnsan Haqları İnstitutu müxtəlif universitetlərin hüquq və jurnalistika ixtisasları üzrə bakalavr və magistr səviyyələrində təhsil alan tələbələri arasında 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş müsabiqə elan edib.
Müsabiqədə ən yüksək nəticələr göstərən BDU-nun Hüquq fakültəsinin 3 tələbəsi - Eynəddin Həbibov, Arzu Şükürova və Şahid Məhərrəmli hüquq nominasiyası üzrə, həmçinin, BDU-nun Jurnalistika fakültəsinin ən yüksək nəticə göstərən 4 tələbəsi - Nuranə Quliyeva, İsa Taralov, Şəms Hüseynli və Elşən Soltanzadə jurnalistika nominasiyası üzrə qalib elan ediliblər.
BDU-nun 7 tələbəsi müsabiqədə qalib olub