Noyabrın 19-da Qazaxıstan Respublikasının müstəqilliyinin 30-cu ildönümü və 1 dekabr - Birinci Prezident günü bayramları çərçivəsində dövlət və elm adamlarını iştirakı ilə "Elbaşı" - Türk inteqrasiyasının memarı" adlı beynəlxalq elmi və praktik konfrans keçirilib.
Beynəlxalq Türk Akademiyası və Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Nazirliyi ilə birlikdə təşkil edilən onlayn konfransda Türk Akademiyasının Başkanı Darkan Kydyrali, İnformasiya ve Sosial inkişaf nazirinin müavini Askar Omarov, Hoca Ahmet Yesevi Qazax-Türk Üniversiteti Rektoru Janar Temirbekova, Nursultan Nazarbayev Vəqfi Genel Müdür Yardımçısı Alkey Margulanuly, Bozox Üniversiteti İdari ve İqtisadi Bilimlər Fakültəsi Dekanı Kürşad Zorlu, Kazaxıstan, Azərbaycan, Türkiyə, Tatarıstan (Rusya), Başqurdistan (Rusya), Qırğızistan, Özbəkistan ve Monqolustandan tanınmış elm adamları iştirak və çıxış ediblər.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı əməkdar jurnalist, filologiya elmləri doktoru Vüqar Əliyev konfransın əsas oturumunda "Vahid Türk İnformasiya Məkanının formalaşdırılması və mövcud təhdidlər" mövzusunda təqdimatla çıxış edib.