Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyevə “Beynəlxalq media vəsiqəsi” təqdim edilib

06/03/2018

Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi  “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card)  təqdim edilib. Təqdimat mərasimi BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı  olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ofisində baş tutub. “Beynəlxalq media vəsiqəsi”nə layiq görülənlər arasında Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev də var. Vəsiqəni JuHİ sədri  Müşfiq Ələsgərli təqdim edib.
JuHİ sədrinin sözlərinə görə, BJF-in riskli durumlarla üzləşən vəsiqə sahiblərinə mövcud durumdan çıxmaq üçün göstərdiyi yardıma risk yaradan qruplarla  danışıqlar aparmaq, hüquqa söykənən təsir mexanizmlərindən istifadə etmək, maddi və mənəvi dəstək vermək kimi müxtəlif addımlar daxildir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009