Jurnalistika fakültəsinin dosenti Pərvanə İbrahimova Türkiyənin Anadolu (Əskişəhər) Universitetində İletişim (Jurnalistika) fakültəsinin "Uluslararası medya" dərsində "Beynəlxalq jurnalistika və onun təşəkkül prosesləri"
mühazirə oxuyub. P.İbrahimova həmçinin, Azərbaycan mətbuat tarixinin mərhələləri, Azərbaycan mediasının müasir durumu haqqında danışıb. AXC dönəmi mətbuatı, AXC-nin Osmanlı dövləti ilə əlaqələri və SSRİ dönəmində Türkiyə əleyhinə olan yazıları təhlil edib. Dağlıq Qarabağ, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Xocalı soyqırımı və s. məsələlərin mediada işıqlandırılması barədə türkiyəli tələbələrə məlumat verib. Fakültənin müəllimi Erdem Çetintaşın da qeyd etdiyi kimi, P. İbrahimovanın mühazırəsi tələbələr tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, əməkdaşımız Mövlanə Mübadilə Proqramı çərçivəsində Türkiyənin Anadolu (Əskişəhər) Universitetində 2 həftəlik təcrübə-stajı keçir.