27-28 fevral 2019-cu il tarixində Avropa Şurasının Bakı ofisinin “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Gəncədə “Gender bərabərliyi və media” mövzusunda dəyirmi masa keçirilib. Təlimi giriş sözü ilə Avropa Şurası (AŞ) Bakı Ofisinin rəhbəri, səfir Zoltan Herneys açaraq medianın demokratik cəmiyyətdə mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, medianın müstəqilliyi önəmli olsa da media işçiləri qadın və kişilərin obrazını qərəzsiz, stereotipsiz şəkildə təqdim edilməsinə görə cavabdehlik daşıdıqlarını bilməlidirlər.
XXI əsrdə gender balans məsələsinin dünyanın əsas mövzularından biri olaraq qaldığını xatırladan BDU-nun Jurnalistika fakültəsinin dosenti Sevinc Əliyeva bildirib ki, uzun müddətdir Azərbaycan insan hüquqlarının müdafiəsi baxımından Avropa Şurası ilə bir sıra mühüm layihələri həyata keçirir. S.Əliyeva konfrans iştirakçılarına Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları (gender bərabərliyi perspektivindən yenilənmiş versiya) haqqında məlumat verərək Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsinin sadəcə paytaxtı deyil, regionları da əhatə etdiyini, bu mövzuda silsilə tədbirlər keçirildiyini söyləyib. Onun sözlərinə görə, ümumilikdə layihə Azərbaycanda gender bərabərliyi və media sahəsində maarifləndirmə tədbirlərinə yeni bir təkan verib, jurnalistlərin bu istiqamətdə peşəkarlığının daha da artırılmasına xidmət edib.
Tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Azərbaycan Jurnlistlərinin Həmkarlar İttifaqının sədri cənab Müşfiq Ələsgərli, Qadın Jurnalistlər Assosiyasının prezidenti Sevil Yusifova, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı öz çıxışlarında Avropa Şurasının Bakı ofisi tərəfindən Azərbaycanda gender bərabərliyi və media azadlığı sahəsində keçirilən çoxsaylı maarifləndirmə tədbirlərini, media nümayəndələrinin bu istiqamətdə peşəkarlığının daha da artırılması istiqamətində görülən mühüm işləri yüksək qiymətləndiriblər.
![]() |
![]() |
![]() |
![]() |