Sentyabrın 24-də Rusiyanın Həştərxan şəhərində beş Xəzəryanı ölkənin - Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və Özbəkistanın jurnalistləri, alimləri, diplomatları və deputatlarının iştirakı ilə V Xəzər Mediaforumu açılıb.
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin V Xəzər Mediaforumu iştirakçılarını salamlayıb. Regionun başçısı qeyd edib ki, Həştərxan artıq beşinci dəfədir ki, müxtəlif ölkələrdən gəlmiş jurnalistlər üçün Xəzəryanı ölkələrinin inkişafına dair aktual məsələlərin müzakirə olunduğu məkana çevrilib.
Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsi sədrinin birinci müavini Viktor Vodolatski xatırladıb ki, Rusiya parlamenti bu yaxınlarda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı ratifikasiya edib.
V Xəzər Mediaforumunda “Rəqəmsallaşma dövründə media istiqamətləri” plenar iclasında Jurnalistika fakültəsinin dosenti Zaur Babayev Xəzəryanı dövlətlərin informasiya-kommunikasiya problemlərininin müzakirəsində iştirak edib.
![]() |
![]() |