Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin dosenti Qubada gənclərə mühazirə oxuyub

13/09/2018

Bu gün Quba şəhərindəki Heydər Əliyev Mərkəzində “ASAN xidmət” mərkəzlərinin könüllülərinin iştirakı ilə görüş təşkil olunub. Regionlarda yerləşən Heydər Əliyev Mərkəzlərində keçirilən tədbirlər çərçivəsində baş tutan görüşdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının dosenti Aynur Nəsirova, Azərbaycan Respublikasının Dövlət Dəniz Agentliyinin mətbuat katibi Tural Museyibov, Milli.Az xəbər portalının əməkdaşı İlkin İzzət və digər qonaqlar iştirak ediblər.

Onlar peşə fəaliyyətləri dövründə ölkə daxilində və xaricində ulu öndər Heydər Əliyevin səfərlərində və görüşlərində jurnalist kimi iştiraklarından söz açaraq, xoş xatirələrini bölüşüblər.

Bu tədbirlər Ulu öndərin siyasi kursunun, Azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğ olunması, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədi ilə təşkil edilir. Tədbirlər dövlətçilik, vətənpərvərlik, şəxsi inkişaf, mədəniyyət, sosial, təhsil və ekologiya istiqamətləri üzrə təlim, seminar, yarış və müzakirə formatında təşkil olunur.

Sonda qonaqlar gəncləri maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıblar.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009