Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin dosenti İstanbulda Film Festivalının toplantısında iştirak edib

05/09/2017

Sentyabrın 5-də İstanbul şəhərində Türk Dünyası Qəzetəçilər Federasiyasının təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə dəstəyi  ilə keçirilən II Türk Dünyası Sənədli Film Festivalının münsiflər heyətinin toplantısı baş tutub.

İstanbul Universitetindən dosent Şükrü Sim, Marmara Universitetindən Ezgi Dinçerden, Nigde Ömer Halis Demir Universitetindən Memduh Yağmur, Amasiya Universitetindən Timur Yılmaz, Doğu Akdeniz Universitetindən Pembe Tölük, Qırğızıstan –Türkiyə Manas Universitetindən Stambulbek Mambetaliyevin daxil olduğu münsiflər heyətində Bakı Dövlət Universitetini  Jurnalistika fakültəsinin dosenti Sevinc Əliyeva təmsil edib. Münsiflər  finala  vəsiqə qazanmaq üçün 7 ölkə, o cümlədən 8 şəhəri təmsil edən yarışma iştirakçılarının filmlərini  dəyərləndiriblər.

Məlumata görə, seçim turunda ümumilikdə 80-ə yaxın film izlənilib ki, onlardan 60-ı  peşəkar sinemaçılar, digərləri isə universitet tələbələrinin çəkdikləri sənədli filmlər olub.  Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri iki film təqdim ediblər.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009