Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin dosenti və magistrantı beynəlxalq elmi konfransda məruzə ediblər

08/05/2021

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Pərvanə İbrahimova və həmin kafedranın II kurs magistrantı Sünbül Zalova Azərbaycan Dillər Universitetində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyasi” adlı IV Beynəlxalq elmi konfransda iştirak ediblər.
"İkinci Qarabağ müharibəsi: Türkiyə mediasının yanaşması" adlı məruzədə Türkiyənin çap, yayım və internet media resurslarının 44 günlük Vətən Müharibəsində obyektiv və həqiqətə söykənən mövqeyi ilə ölkəmizə tam və birmənalı informasiya dəstəyi verməsindən, Prezident İlham Əliyevin dünya mediasına, o cümlədən Türkiyə kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrin Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında böyük əhəmiyyətinin olmasından bəhs ediblər. Məruzədə həmçinin, müharibə bölgəsində fəaliyyət göstərən, Gəncə, Bərdə, Tərtərdə törədilən terror hadisələrini bütün dünyaya nümayiş etdirən Türkiyə kanallarının bu istiqamətədə fəaliyyətini vurğulayaraq, Şuşanın işğaldan azad edilməsi xəbərini “Qarabağın ürəyinə azadlıq” başlıqlı manşet xəbəri ilə tirajlayaran Türkiyə mediasının sevincini Azərbaycan əsgəri və xalqı ilə birlikdə yaşamasını konfrans iştirakçılarının diqqətinə çatdırıblar.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009