Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin könüllüləri II Fəxri Xiyabanı ziyarət ediblər

24/09/2022

Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev, akademik məsləhətçi Gülnarə Ələsgərova, fakültə könüllülərinin sədri Hamar Quluzadənin təşkilatçılığı ilə bir qrup könüllü II Qarabağ müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin məzarını  ziyarət ediblər.

Əvvəlcə şəhidlik məqamına ucalan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətən müharibəsinin ikinci ildönümü münasibətilə II Fəxri Xiyabana edilən ziyarətdə fakültə könüllüləri aktiv iştirak edərək, əzəli torpaqlarımızın azadlığı uğrunda həyatını, canını torpağa tapşırmış bütün şəhidlərimizə Tanrıdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər.

Daha sonra dekan müavini Samir Mirzəyev tələbə gənclərimizin vətənpərvər ruhda yetişmələri üçün belə tədbirlərin, ziyarətlərin davamlı olaraq keçirilməsini könüllü tələbələrin diqqətinə çatdırıb.



Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009