Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin maddi-texniki bazası güclənəcək

19/02/2015

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Jurnalistika fakültəsində olub. Görüşdə fakültənin maddi-texniki bazasının gücləndirilməsi, yeni studiyanın yaradılması, tələbə-müəllim dialoqunun səmərəliliyini artırmaq məqsədilə xüsusi texniki avadanlıqlarla təchiz edilmiş auditoriyaların yaradılması, Azercell şirkəti tərəfindən yaradılmış Barama İnnovasiya Mərkəzinin media qrupunun fakültədə həyata keçirmək istədiyi layihələr müzakirə olunub.

Dekan, dekan müavinləri və kafedra müdirlərinin bu istiqamətdə təkliflərini dinləyən rektor müvafiq göstərişlər verib.

Qərara alınıb ki, fakültə qısa müddət ərzində interaktiv lövhələr, çoxfunksiyalı   (televizor, kompyuter  və s.) aktiv ekranlar, dayanıqlı plaşetlər, proyektorlar və digər texniki avadanlıqlarla təmin olunsun və bir neçə auditoriya müasir standartlara cavab verən texnologiyalarla təmin olunaraq tələbələrin istifadəsinə verilsin.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009