Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin magistrantları Azərbaycan Mətbuat Şurasında olublar

29/12/2021

Beynəlxalq  jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Təranə Mahmudovanın rəhbərliyi ilə Jurnalistika fakültəsinin magistrantlarının bir qrupu Azərbaycan Mətbuat Şurasında olublar.

Əvvəlcə magistrantlar Azərbaycan Mətbuat  Şurasının strukturu və fəaliyyəti haqqında məlumatlandırılıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov Şuranın fəaliyyəti və gələcək hədəfləri haqqında məlumat verib.

Daha sonra Azərbaycan  Jurnalistlərinin  Həmkarlar  İttifaqının  sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin üzvü Müşfiq Ələsgərli beynəlxalq  jurnalist təşkilatları haqqında hazırladığı təqdimatı iştirakçıların diqqətinə çatdırıb. O, beynəlxalq jurnalist təşkilatlarının fəaliyyəti və funksiyaları barədə ətraflı məlumat verərək onları bir-birindən fərqləndirən cəhətləri, həmçinin bu qurumların Azərbaycan jurnalist təşkilatları ilə əlaqələri haqqında geniş danışıb, bəzi məsələlər üzrə öz təcrübəsini paylaşıb.

Sonda M.Ələsgərli görüş iştirakçılarını maraqlandıran suallara cavab verib. Magistrantlara Mətbuat Şurası və Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə nümayəndəliyinin fəaliyyətini əks etdirən broşür və kitablar təqdim olunub.




Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009