Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

12/06/2018

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində magistratura səviyyəsi üzrə dissertasiya işlərinin müdafiəsi keçirilib. Müdafiə şurasının sədri, Azərbaycan televiziyası və radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin ictimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının direktoru, Filologiya üzrə elmlər doktoru Rövşən Məmmədovun da iştirak etdiyi müdafiədə giriş sözü ilə çıxış edən Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu magistrantlara uğurlar arzulayıb.

Daha sonra Aytən Məmmədova “Azərbaycan xəbər portalları informasiya müharibəsi şəraitində”, Nurşərəf Tağıyeva “Ermənistan-Azərbaycan münaqişəsi Avropa mətbuatında (2015-2017-ci illər)”, Nərgiz Məmmədzadə “Azərbaycanın internet mediasında Qərb informasiya portallarının təsiri məsələləri”, Zhang Li “TV-də idman jurnalistikasının vəzifə və problemləri” mövzularında yazdıqları dissertasiya işlərini müdafiə ediblər. Magistrantlar dissertasiya işləri ilə bağlı sualları cavablandırdıqdan sonra opponent rəyləri dinlənilib.

Müdafiə şurasının sədri, Filologiya üzrə elmlər doktoru Rövşən Məmmədov təqdim edilən işlər haqqında müsbət fikirlər səsləndirib, dissertasiya işlərinin mövzu dairələrinin daha da təkmilləşdirilməsi istiqamətində bir sıra təkliflər irəli sürüb. Qeyd edək ki, müdafiədə fakültə müəllimləri, o cümlədən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli, Beynəlxalq Jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, professor Nəsir Əhmədli, BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova, dosentlər Aynur Nəsirova, Vəfa İsgəndərova, dissertasiya işləri üzrə elmi katib f.ü.f.d. Aygün Əzimova və tələbələr də iştirak ediblər.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009