Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin magistrantları növbəti dissertasiya işlərini müdafiə ediblər

27/06/2019

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində magistratura səviyyəsi üzrə dissertasiya işlərinin növbəti müdafiəsi keçirilib. Müdafiə şurasının sədri, Azərbaycan televiziyası və radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edən, Filologiya üzrə elmlər doktoru Rövşən Məmmədov çıxış edərək magistrantların uğurlu işlər ərsəyə gətirdiyini xüsusi vurğulayıb, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. R.Məmmədov əsl jurnalist adını almaq üçün çox böyük səylə çalışmaq, daim mütaliə etmək və bu peşəni sevərək işləməyin əsas şərtlərdən biri olduğunu magistrantların diqqətinə çatdırıb.

Daha sonra 5 magistrant “Beynəlxalq televiziya layihələri Azərbaycanda”, “İnternet ictimai sfera kimi - You Tube kontetinin analizi əsasında”, “Beynəlxalq təşkilatların media sahəsində fəaliyyəti (YUNESKO-nun timsalında)”, “Sosoiologiya və yayım mediası Pyer Burdyönün “Televiziya haqqında” əsəri əsasında”, “İnformasiya cəmiyyətində yeni medianın rolu” mövzularında yazdıqları dissertasiya işlərini müdafiə ediblər. Magistrantlar  dissertasiya işləri ilə bağlı sualları cavablandırdıqdan sonra opponent rəyləri dinlənilib.

Qeyd edək ki, “Füyuzat Mərkəzi”ndə təşkil olunmuş müdafiədə fakültə müəllimləri, o cümlədən Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli, Beynəlxalq Jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, dekan müavinləri Sevinc Əliyeva, Aytəkin Zeynalova, professorlar Nəsir Əhmədli, Sabir Məmmədli, dosentlər Aynur Nəsirova, Sevil Əliyeva, Təranə Mahmudova, Sevinc Məmmədova, Lalə Hacıyeva elmi katib Arzu İsayeva və tələbələrin də iştirk etdiyi müdafiədə müzakirələr aparılıb, Şura üzvləri çıxış edərək öz sual, tövsiyələrini səsləndiriblər.

Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu dissertasiya işlərinin müdafiəsində Azərbaycan televiziyası və radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edən Rövşən Məmmədovun iştirakını, təklif və tövsiyələrini yüksək qiymətləndirib, müdafiəyə buraxılan dissertasiya işləri haqqında müsbət fikirlərini söyləyib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009