Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində magistratura səviyyəsi üzrə dissertasiya işlərinin müdafiəsi keçirilib. Müdafiə şurasının sədri, professor Abdulla Abbasovun da iştirak etdiyi müdafiədə giriş sözü ilə çıxış edən Jurnalistika fakültəsinin dekan əvəzi, dosent Vüqar Əliyev magistrantlara uğurlar arzulayıb.
Daha sonra Malik Talıblı “Xəbər proqramlarının təsnifatı”, Səadət Mehdiyeva “Azərbaycanda ədəbi-bədii fikrin inkişafında “Literaturnıy Azerbaydjan” jurnalının yeri və rolu (1960-1970-ci illər)”, Rüfət Məhərrəmov “Jurnalistin peşə fəaliyyətinin metodları”, Sərxan Rüstəmov “Müstəqillik dövründə Azərbaycan mətbuat tarixinə dair nəşrlər”, Xəyalə Əzizli “Televiziya yayım mədəniyyəti” mövzularında yazdıqları dissertasiya işlərini müdafiə ediblər. Magistrantlar dissertasiya işləri ilə bağlı sualları cavablandırdıqdan sonra opponent rəyləri dinlənilib.
Müdafiə şurasının sədri, professor Abdulla Abbasov təqdim edilən işlər haqqında müsbət fikirlər səsləndirib, dissertasiya işlərinin mövzu dairələrinin daha da təkmilləşdirilməsi istiqamətində bir sıra təkliflər irəli sürüb.
Qeyd edək ki, müdafiədə fakültə müəllimləri, o cümlədən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli, Beynəlxalq Jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, dissertasiya işləri üzrə elmi katib f.ü.f.d. Aygün Əzimova və tələbələr də iştirak ediblər.