Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin əməkdaşı IREPI-nin fəxri üzvü seçilib

08/11/2017

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin əməkdaşı, doktorant Leyla Rəşid İtaliyanın "Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutu”nun (IREPI) fəxri üzvü seçilib. Moldovanın, Kosovanın, Azərbaycanın, Özbəkstanın İtaliyadakı  Fəxri konsulları, Roma sosial elmlər Universitetinin professoru, İtaliya Xarici İşlər Nazırliyinin rəsmisi,  İtaliya- Moldova Ticatət palatasının sədri və digər siyasi analitiklər, deputatlar, hüquqşünas və iqtisadçıların fəxri  üzv olduğu  IREPI bir araşdırma mərkəzi kimi  Avropa, Amerika, Asiya və Afrika dövlətlərində siyasət, sosiologiya və beynəlxalq iqtisadiyyat sahəsində analitik tədqiqatlar aparır.

Qeyd edək ki, IREPI mövcud qloballaşmış cəmiyyətin və yeni transmilli fenomenlərin təhlili və innovativ beynəlxalq layihələrin hazırlanması məqsədi ilə dünyanın müxtəlif ölkələrindən olan geoanalitiklərin, analitik  jurnalistlərin, tədqiqatçıların bir platformada fəaliyyətini təmin edir.

http://irepi.com/about-us/membri-onorari/

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009