Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin əməkdaşları Fəxri Fərmanla təltif olunublar

23/07/2018

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Jurnalistika fakültəsinin əməkdaşlarını 22 İyul Milli mətbuat və Jurnalistika günü münasibətilə təltif edib.

Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini, dosent Aytəkin Zeynalova, Tədris işləri üzrə dekan müavini, dosent Könül Niftəliyeva, Televiziya və radio jurnalistikası kafedrasının müəllimi, dosent Aynur Nəsirova, Beynəlxalq jurnalistika kafedrasının müəllimi, dosent Vəfa İsgəndərova, Qəzet laboratoriyasınnı müdiri Afaq Sadıqova, “Jurnalistika” elmi-tədqiqat laboratoriyasını elmi işçiləri Günel Orucəliyeva və Samir Mirzəyev Bakı Dövlət Universitetində işlədikləri müddətdə səmərəli fəaliyyətlərinə, öhdələrinə düşən işləri, verilən tapşırıqları dəqiq və məsuliyyətlə yerinə yetirdiklərinə, tədris prosesində əldə etdikləri uğurlara görə və Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü münasibətilə təltif ediliblər.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009