Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin əməkdaşları konfransda iştirak ediblər.

13/05/2019

Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı" lahiyəsi çərçivəsində Avropa Şurası tərəfindən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və Azərbaycan Mətbuat Şurasının birgə əməkdaşlığı ilə 13 may 2019-cu il tarixində "Gender bərabərliyi və media" mövzusunda konfrans təşkil olunub.

Konfrans Avropa Şurasının 70 illiyinə və Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunub. 80-dən çox dövlət qurumlarının, ali təhsil müəssisələrinin, diplomatik korpusların, media və vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də yerli və xarici ekspertlər iştirak etdiyi konfransda Bakı Dövlət Universiteti Jurnalistika fakültəsini dekan müavini Sevinc Əliyeva, dosentlər Vəfa isgəndərova, Təranə Mahmudova, fakültənin birinci kurs tələbəsi Nuray Rzayeva təmsil edib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009