Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin əməkdaşları “Jurnalistikada kommunikasiya effekti: ünsiyyətdən həmrəyliyə” adlı təlimdə iştirak ediblər

24/07/2018

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin əməkdaşları Azərbaycan Beynəlxalq Bankının təşkilatçılığı ilə Milli Mətbuatımızın 143-cü ildönümü münasibətilə “Jurnalistikada kommunikasiya effekti: ünsiyyətdən həmrəyliyə” adlı təlimdə iştirak ediblər. Jurnalistlər, bloggerlər, jurnalist-tələbələrin qatıldığı təlimdə media mənsubları bu dəfə hər hansı nəzəri mühazirə dinləməyiblər. Komanda şəklində yerinə yetirilən tapşırıqlar, qurulan strategiyalar və verilən birgə qərarlarla kommunikasiya proseslərinin birbaşa iştirakçısına çevriliblər.

Təlimi Azərbaycanın biznes məkanında kifayət qədər tanınmış - təlim, fərdi inkişaf və komanda quruculuğu üzrə korporativ məsləhətçi, Lego SP, Avropa Şurasının insan kapitalı eksperti Marina Daliba aparıb. Belə bir təlimin təşkilində məqsəd media nümayəndələri arasında əlaqələri, həmrəylik ruhunu gücləndirmək, onları komanda quruculuğu, kommunikasiya sahəsində yeni təcrübələrlə tanış etmək olub. Təlimə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindən, müxtəlif televiziya və radio qurumlarından, informasiya agentliklərindən, qəzetlərdən, eləcə də fərdi jurnalistlər və bloggerlər arasından 60-dan çox iştirakçı qatılıb.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009