Jurnalistika fakültəsinin müəllim və tələbələri 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü Quba rayonunda yerləşən soyqırımı məzarlığını ziyarət edib. "Akkord" Korporasiyanın təşkilatçılığı ilə keşirilən tədbirdə Jurnalistika fakültəsinin kollektivi, həmçinin digər məktəb və universitet müəllimləri, şagird və tələbələr “Akkord” nümayəndələri ilə birgə soyqırımı məzarlığı önünə əklil və gül dəstələri qoyaraq, ötən əsrin əvvəllərində erməni vəhşiliyi nəticəsində qəddarcasına öldürülmüş soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər. Jurnalistika fakültəsinin dekanı prof. Şamil Vəliyev xalqımız üçün ibrət kəsb edən belə tədbirlərin təşkilini yüksək qiymətləndib. O, məlum həqiqətlərin mediada, qlobal şəbəkədə işıqlanması və paylaşması baxımından ziyarətə tələbə-jurnalistlərin daxil edilməsinin xüsusi əhəmiyyətindən danışıb.